​Azərbaycanın taekvondo üzrə qızıl medalçısı: Azərbaycanlıları şad edəcəyimə söz vermişdim

​Azərbaycanın taekvondo üzrə qızıl medalçısı: Azərbaycanlıları şad edəcəyimə söz vermişdim "Mən bu məsuliyyəti özümdə hiss edib qızıl medal qazanmağı bacardım"
Avropa Oyunları
18 İyun , 2015 23:35
​Azərbaycanın taekvondo üzrə qızıl medalçısı: Azərbaycanlıları şad edəcəyimə söz vermişdim

Bakı. 18 İyun. REPORT.AZ/ "Mən söz vermişdim ki, bütün azərbaycanlıları şad edəcəyəm və şükürlər olsun ki, sözümün üstündə durdum və qızıl medal qazandım".

"Report" xəbər verir ki, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında taekvondo üzrə 81 kq. çəkidə qızıl medal qazanmış Azərbaycan idmançısı Milad Beiqi Harçeqani deyib.

O, azarkeşlər tərəfindən böyük dəstəyin olduğunu xüsusilə vurğulayıb:

"Bütün azərbaycanlı qardaşlarım çox böyük dəstək göstərdilər və bu mənə ruh verdi. Mən bu məsuliyyəti özümdə hiss edib qızıl medal qazanmağı bacardım". 

Son xəbərlər

Orphus sistemi