Bu gün ​Azərbaycanın qadın voleybolçuları bürünc medal üçün yarışacaq

Bu gün ​Azərbaycanın qadın voleybolçuları bürünc medal üçün yarışacaq Üçüncülük uğrunda Azərbaycan və Serbiya milliləri üz-üzə gələcək
Avropa Oyunları
27 İyun , 2015 12:04
Bu gün ​Azərbaycanın qadın voleybolçuları bürünc medal üçün yarışacaq

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulacaq. "Report"un məlumatına görə, əvvəlcə Azərbaycan və Serbiya yığma komandaları bürünc medal görüşünə çıxacaqlar. 

Oyun saat 16:00-da başlanacaq. Saat 18:00-da isə Türkiyə və Polşa milliləri finalda qarşılaşacaqlar. 

Qeyd edək ki, Azərbaycan yığması Polşa, Belçika, İtaliya, Rumıniya və Türkiyənin yer aldığı A qrupunda 2-ci yeri tutub. 1/4 finalda Hollandiyanı 3:0 (25:21, 25:23, 25:14) hesabı ilə məğlub edən təşkilatçı ölkə millisi yarımfinalda Türkiyəyə "tay-breyk"də uduzub - 2:3 (21:25, 25:23, 19:25, 25:23, 11:15).

Son xəbərlər

Orphus sistemi