Azərbaycanın Olimpiya obyektləri peykdən çəkilib

Azərbaycanın Olimpiya obyektləri peykdən çəkilib "Bakı 2015" I Avropa Oyunları və digər oyun məkanlarının "Azersky" peykindən çəkilən görüntüləri əldə olunub
Avropa Oyunları
25 İyun , 2015 16:14
Azərbaycanın Olimpiya obyektləri peykdən çəkilib

Bakı. 25 iyun. REPORT.AZ/ Bakının ev sahibliyi etdiyi "Bakı 2015" I Avropa Oyunlarının və digər oyun məkanlarının “Azersky” peykindən çəkilən görüntüləri əldə olunub. 

Azərkosmos” ASC-dən “Report”a verilən məlumata görə, Oyunların keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Mingəçevir Kür İdman və Avarçəkmə Mərkəzləri, Avropa Oyunları Parkı, Kristal Zal, Heydər Əliyev adına İdman Arenası, Tofiq Bəhramov adına Respublika Stadionu, Atletlər Kəndi, Bakı Su İdman Mərkəzinin görüntüləri “Azərkosmos” ASC-nin operatoru olduğu Yer səthinin məsafədən müşahidə peyki “Azersky” vasitəsilə əldə edilib.

Qeyd edək ki, “Azərkosmos” ASC-nin tərəfdaşı olan "Airbus Defence and Space" şirkətinin operatoru olduğu "Pleiades" peykindən əldə edilən və Bakı Olimpiya Stadionun inşaat prosesinin müxtəlif mərhələlərini əks etdirən təsvirlər də əldə olunub. I Avropa Oyunlarında rabitənin davamlılığı və televiziya yayımı “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” peykinin resurslarından istifadə etməklə təmin olunur.

Son xəbərlər

Orphus sistemi