Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyev I Avropa Oyunlarında çıxış edəcək

Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyev I Avropa Oyunlarında çıxış edəcək "Bakı-2015"də paralimpiyaçı cüdoçuların mübarizəsində 2 çəki dərəcəsində 10 ölkə təmsil olunacaq
Avropa Oyunları
17 Noyabr , 2014 17:48
Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyev I Avropa Oyunlarında çıxış edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarında paralimpiyaçı cüdoçular da mübarizə aparacaq. "Report"un məlumatına görə, gözdən əlil idmançıların yarışı bir gün ərzində keçiriləcək. 

Tatami üzərinə 90 kq-dan artıq çəki dərəcəsində olan kişi və 57 kq çəkidə qadın cüdoçular çıxacaqlar. Həm kişi, həm də qadınların mübarizəsinə 8 idmançı qoşulacaq. Heydər Əliyev Arenasında keçiriləcək yarışda ümumilikdə 10 ölkə - Azərbaycan, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukrayna təmsil olunacaq. 

2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında iki qızıl medal və 2012-ci il London Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmış cüdoçu İlham Zəkiyev kişilərdən ibarət turnirdə Azərbaycanı təmsil edəcək. 

“Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin təmsilçisi kimi seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki, ilk çempion kimi tarixə düşəcəyəm. Gözdən əlil idmançılar arasında keçirilən cüdo yarışının "Bakı-2015"in proqramına daxil edilməsi çox gözəldir və Heydər Əliyev Arenasında keçiriləcək yarışda Azərbaycana medal qazandırmaq imkanı əldə etdiyim üçün fəxr edirəm”, - deyə İ.Zəkiyev bildirib.

Qeyd edək ki, qadınların mübarizəsində 2012-ci il London Paralimpiya Oyunlarında 52 kq çəkidə qızıl medal qazanmış almaniyalı cüdoçu Ramona Brussiq favorit göstərilir. 

Son xəbərlər

Orphus sistemi