​Azərbaycanın 4 qadın güləşçisi qızıl medal üçün yarışacaq

​Azərbaycanın 4 qadın güləşçisi qızıl medal üçün yarışacaq Mübarizə 53 kq, 58 kq, 63 kq və 75 kq çəkilərdə olacaq
Avropa Oyunları
16 İyun , 2015 10:11
​Azərbaycanın 4 qadın güləşçisi qızıl medal üçün yarışacaq

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşi üzrə yarışda Azərbaycanın 4 pəhləvanı çıxış edəcək. "Report"un məlumatına görə, mübarizə 53 kq, 58 kq, 63 kq və 75 kq çəkilərdə olacaq.

İlk olaraq Anjela Doroqan türkiyəli Merve Kengerlə üz-üzə gələcək. Yarışa saat 10:49-da start veriləcək. 25 dəqiqə sonra isə Azərbaycanın digər təmsilçisi İrina Netreba döşək üzərinə çıxacaq. 58 kq çəkidə qadın pəhləvan italiyalı Karola Rayneronu yenməyə çalışacaq. Saat 10:28-də start götürəcək yarışda isə 63 kq-da Elmira Qəmbərova isveçli Henna Cohanssonla münasibətlərinə aydınlıq gətirəcək. 75 kq çəki dərəcəsində Gözəl Zutova döşək üzərinə çıxacaq. Saat 10:56-da start götürəcək yarışda Zutovanın rəqibi ukraynalı Oksana Vaşçuk olacaq.

Qeyd edək ki, güləş yarışları Heydər Əliyev adına İdman Arenasında keçirilir.

Son xəbərlər

Orphus sistemi