Azərbaycanın qadın güləşçisi qızıl medal uğrunda yarışacaq - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi qızıl medal uğrunda yarışacaq - YENİLƏNİB Bu gün medallar öz sahiblərini tapacaq
Avropa Oyunları
15 İyun , 2015 12:04
Azərbaycanın qadın güləşçisi qızıl medal uğrunda yarışacaq - YENİLƏNİB

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik 48 kq çəki dərəcəsində finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, o, yarımfinalda polşalı İvona Matkovskanı 8:2 hesabı ilə məğlub edib.

Stadnik qızıl medal uğrunda saat 19:14-də bolqarıstanlı Elitsa yankova ilə mübarizə aparacaq.

Natalya Sinişin isə 55 kq çəki dərəcəsində yarımfinal mərhələsində məğlub olub. O, isveçli Sofiya Mattssona məğlub olub - 5:6. 55 kq çəkidə qızıl medal uğrunda polşalı Katarzina Kravczik və S.Mattsson qarşılaşacaq. Natalya Şinşin bürünc medal uğrunda ukraynalı Tatyana Kitlə qarşılaşacaq. Yarış saat 19:28-də başlayacaq.

saat 11:45

Bakı. 15 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşi üzrə 48 kq çəkidə çıxış edən Azərbaycan təmsilçisi Mariya Stadnik yarımfinal mərhələsinə yüksəlib. "Report"un məlumatına görə, o, 1/4 finalda fransalı Julie Sabatieni 11:0 hesabı ilə məğlub edib.

Onun yarımfinaldakı rəqibi İvona Matkovska olacaq.

saat 11:17

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanı təmsil edən Natalya Sinişin "Bakı 2015" I Avropa Oyunlarında 55 kq çəkidə yarımfinala yüksəlib. "Report"un məlumatına görə, o 1/4 finalda türkiyəli Bediha Gündən üstün olub - 12:0.

Nadiya Muşka isə 69 kq çəkidə rusiyalı Natalya Vorobyovaya 0:7 hesabı ilə məğlub olub.

saat 10:59

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanı qadın güləşində təmsil edən Natalya Sinişin 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, 55 kq-da mübarizə aparan pəhləvan italiyalı Patrisia Liuzzi üzərində inamlı qələbə qazanıb - 10:0.

N.Sinişin 1/4 finalda türkiyəli Bediha Günlə üz-üzə gələcək. Qadın güləşçilərin görüşünə saat 11:10-da start veriləcək.

saat 10:38

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Bakı 2015" I Avropa Oyunlarında 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, o, 48 kq çəkidə portuqaliyalı Liliana Koşta Dos Santosu 12:2 hesabı ilə məğlub edib.

M.Stadnikin 1/4 finaldakı rəqibi fransalı Julie Sabatie olacaq. Qadın pəhləvanlar saat 11:03-də döşək üzərinə çıxacaqlar.

saat 10:25

Bakı. 15 iyun. REPORT.AZ/ 60 kq çəkidə qadın güləşində Azərbaycanı təmsil edən Yuliya Ratkeviç bolqarıstanlı Taybe Yuseinə 1:4 hesabı ilə məğlub olub.

saat 10:14

Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulur. "Report"un məlumatına görə, Oyunların 4-cü günündə qadın güləşi yarışında 4 çəki dərəcəsində medallar təqdim ediləcək.

İlk olaraq 55 kq çəkidə Azərbaycan təmsilçisi Natalya Sinişin 1/8 finalda italiyalı Patrisia Luissi ilə üz-üzə gələcək. Görüş saat 10:00-da start götürüb. 60 kq-da isə Yuliya Ratkeviç qüvvəsini sınayacaq. Saat 10:14-də başlayan yarışda Ratkeviçin rəqibi bolqarıstanlı Taybe Yusein olacaq. Bundan 7 dəqiqə sonra Mariya Stadnik 48 kq-da portuqaliyalı Liliana Koşta dos Santosu məğlub etməyə çalışacaq. Digər Azərbaycan təmsilçisi Nadiya Muşka 69 kq çəki dərəcəsində rusiyalı pəhləvan Nataliya Vorobeva ilə döşək üzərinə çıxacaq.

Son xəbərlər

Orphus sistemi