Kişilər arasında bir metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsinə start verilib

Kişilər arasında bir metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsinə start verilib Azərbaycanı Artyom Danilov təmsil edir
Avropa Oyunları
18 İyun , 2015 20:02
Kişilər arasında bir metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsinə start verilib

Bakı. 18 iyun. REPORT.AZ/ Kişilər arasında bir metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsinə start verilib. "Report"un məlumatına görə, yarışda mübarizə aparan idmançımız Artyom Danilov 2-ci nömrə altında çıxış edəcək.

*** 16:46

Avropa Oyunlarında qadınların platformadan suya tullanma yarışlarında ilkin mərhələyə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Olqa Bıkovskaya 8 cəhdin cəmində 323.30 xal yığaraq 11-ci yeri tutub. 

Bu nəticə ilə O.Bıkovskaya saat 20:30-da başlanacaq final mərhələsinə yüksəlib. Həlledici mərhələdə onun 11 rəqibi olacaq.  

*** 13:56

Avropa Oyunlarında qadınların platformadan suyatullanma yarışlarına start verilib. "Report"un məlumatına görə, bu yarışda Azərbaycanı Olqa Bıkovskaya təmsil edir. 

O, final mərhələsinə yüksəlmək üçün 24 iştirakçı arasında ilk 12-liyə düşməlidir. 

*** 13:47

"Bakı 2015"də kişilərin 1 metrlik tramplindən suya tullanma yarışında seçmə mərhələyə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Artyom Danilov 10 cəhdin cəmində 427,70 xal yığaraq 11-ci yeri tutub. 

Bu nəticə ilə 17 yaşlı idmançı finala yüksəlib. 12 suyatullananın iştirakı ilə keçiriləcək həlledici mərhələ saat 19:00-da başlanacaq. 

*** 09:54

"Bakı 2015"də kişilərin 1 metrlik tramplindən suya tullanma yarışında seçmə mərhələdə ilk 2 raund başa çatıb. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Artyom Danilov 70,25 xalla 9-cu pillədə gedir. 

**** 09:42

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində suyatullanma yarışlarına start verilib. "Report"un məlumatına görə, bu növ üzrə 4 gün ərzində 8 dəst medal sahibini tapacaq.

İlk yarış günündə əvvəlcə kişilər 1 metrlik tramplindən, qadınlar isə platformadan suya tullanacaqlar. Seçmə mərhələnin ardından axşam saatlarında final mərhələsi təşkil olunacaq.

Hazırda keçirilən kişilərin mübarizəsində Azərbaycanı Artyom Danilov təmsil edir. Saat 13:20-də başlanacaq qadınların yarışında isə təşkilatçı ölkədən Olqa Bıkovskaya çıxış edəcək. Final mərhələsi müvafiq olaraq, saat 19:00-da və saat 20:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi