Azərbaycan Prezidentinin köməkçisi: "Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq"

Azərbaycan Prezidentinin köməkçisi: "Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq" "Azərbaycanda bir idman əhvali-ruhiyyəsi yaşanır"
Avropa Oyunları
10 May , 2015 10:39
Azərbaycan Prezidentinin köməkçisi: Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq

Bakı. 10 may. REPORT.AZ/ "Azərbaycan xalqı I Avropa Oyunlarına ciddi hazırlaşır. Bu, təkcə dövlətin tədbiri deyil, ümumxalq tədbirdir. Biz bu tədbirdən maksimum istifadə edib Azərbaycan xalqının həm milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının mədəniyyətini, xalqın həyat tərzini, o cümlədən problemlərimizi, torpaqlarımızın işğalı faktını, neçə illərdir ölkəmizin bölgədə yürütdüyü siyasəti, qonşularla münasibətlərimizi Avropa Oyunlarından istifadə edib dünyaya çatdıracağıq". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O qeyd edib ki, Azərbaycanda bir idman əhvali-ruhiyyəsi yaşanır: "Biz Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq. Heydər Əliyev Fondunun rəhbəri, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox səmərəli və uğurlu fəaliyyət göstərir. Dövlət qurumları və digər müvafiq qurumlar da Avropa Oyunlarına hazırlaşır. Bakı-2015-lə bağlı əlbəttə ki, hər birimizin üzərinə məsuliyyət düşür".

Son xəbərlər

Orphus sistemi