Prezident İlham Əliyev "Bakı 2015"də qalib gələn Elvin Məmişzadəyə qızıl medalı təqdim edib - FOTO

Prezident İlham Əliyev "Bakı 2015"də qalib gələn Elvin Məmişzadəyə qızıl medalı təqdim edib - FOTO Boksçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb
Avropa Oyunları
26 İyun , 2015 20:09
Prezident İlham Əliyev Bakı 2015də qalib gələn Elvin Məmişzadəyə qızıl medalı təqdim edib - FOTO

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında 52 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısı "Bakı 2015"də qalib gələn Elvin Məmişzadəyə qızıl medalı təqdim edib.

Daha sonra qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

Qeyd edək ki, 52 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn boksçumuz fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb. Görüşü Prezident İlham Əliyev, həmçinin "Bakı 2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva izləyiblər.

Foto: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi