Azərbaycan MOK-un vitse-prezidenti: “Hazırda Avropa Oyunları ilə bağlı çətinlik görmürəm”

Azərbaycan MOK-un vitse-prezidenti: “Hazırda Avropa Oyunları ilə bağlı çətinlik görmürəm” "Artıq hazırlıq işlərinin son mərhələsidir"
Avropa Oyunları
22 Noyabr , 2014 14:26
Azərbaycan MOK-un vitse-prezidenti: “Hazırda Avropa Oyunları ilə bağlı çətinlik görmürəm”

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (EOC) Bakıda keçirilmiş 43-cü Baş Assambleyasının yekunlarından danışıb. “Report”un məlumatına görə, MOK rəsmisi tədbirin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığını bildirib.

O xatırladıb ki, Baş Assambleyanın açılışında prezident İlham Əliyev şəxsən iştirak edib. Ç.Hüseynzadə Yerli Təşkilat Komitəsi adından EOC-a tədbirin keçirilməsinə göstərdiyi etimada görə minnətdarlığını bildirib.

Vitse-prezident Bakı-2015 I Avropa Oyunlarına hazırlıqdan da danışıb: “Bizim üçün böyük çətinlik belə tədbiri keçirməkdə təcrübəmizin olmaması ilə bağlı idi. Ona görə də mütəxəssisləri çağırdıq və çalışdıq ki, Oyunları yüksək səviyyədə keçirək. Hazırda elə bir çətinlik görmürəm. İnfrastruktur yüksək səviyyədədir. Hazırlıq səviyyəsi kifayət qədər qənaətbəxşdir. Koordinasiya Komitəsi işlərə nəzarət edir. Artıq hazırlıq işlərinin son mərhələsidir”.

Avropa Oyunlarının büdcəsinə gəldikdə, Ç.Hüseynzadə bu məsələ ilə Əməliyyat Komitəsinin (BEGOC) məşğul olduğunu və ona görə də bu barədə məlumat verə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi