Azərbaycan kanoeçiləri I Avropa Oyunlarında yarımfinala yüksəliblər

Azərbaycan kanoeçiləri I Avropa Oyunlarında yarımfinala yüksəliblər Kayakçı Tamerlan Mustafayev isə mübarizəni erkən dayandırıb
Avropa Oyunları
14 İyun , 2015 11:38
Azərbaycan kanoeçiləri I Avropa Oyunlarında yarımfinala yüksəliblər

Bakı. 14 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kayak və kanoe növləri üzrə mübarizəyə start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə əvvəlcə 1000 metr məsafəyə təsnifat yürüşlərinə start verilib.

Azərbaycan təmsilçilərindən əvvəlcə kişilər arasında 1 nəfərlik kanoe qayığı (C-1) ilə yürüşdə Taras Matviyçuk start xəttinə çıxıb. O, finişə 4 dəqiqə 4,220 saniyəyə çataraq, 4-cü yeri tutub. Bu nəticə ilə Matviyçuk saat 15:54-də keçiriləcək yarımfinal yürüşünə yüksəlib. Onun rəqibləri Kərim Tənha (Türkiyə), Maksim Petrov (Belarus), Leonid Karp (Rumıniya), Matey Rusnak (Slovakiya), Ceyms Stayan (Böyük Britaniya), Andre Oliveyra (İspaniya) və Matyö Qubel (Fransa) olacaq.

2 nəfərlik kanoe qayığı (C-2) ilə yürüşdə Sergey Bezuqlıy - Aleksey Kupin dueti finişə 3 dəqiqə 46,744 saniyəyə çataraq 5-ci olub. Nəticədə azərbaycanlı cütlük saat 16:46-da başlanacaq yürüşdə iştirak hüququna yiyələnib. Onların rəqibləri Liviu Dumitresku-Lazar - Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon - Filip Dvorak (Çexiya) və Manuel Antonio Kampos - Dieqo Romero (İspaniya) duetləri olacaq.

Əvəzində 1 nəfərlik kayak qayığı (K-1) ilə yürüşdə Tamerlan Mustafayev seçmə mərhələni 3 dəqiqə 58,144 saniyəyə qət edərək 8-ci yeri tutub. Bu nəticə Mustafayevin yarımfinala yüksəlməsi üçün yetərli olmayıb.

Saat 13:00-da 500 metr məsafəyə seçmə yürüşlərə start veriləcək. Azərbaycan təmsilçilərindən əvvəlcə Olimpiya çempionu İnna Osipenko-Radomskaya start xəttinə çıxacaq. Onun rəqibləri Brigita Bakiç (Xorvatiya), Eef Haaze (Hollandiya), Kira Stepanova (Rusiya), Volqa Xudzenko (Belarus), Verena Hantl (Almaniya), Tereza Portela (Portuqaliya), Aldina Madara (Latviya) və Sofia Pipitsouli (Yunanıstan) olacaq. 

Son xəbərlər

Orphus sistemi