Prezident İlham Əliyev "Bakı 2015"də qalib gələn Pərviz Bağırova qızıl medalı təqdim edib - FOTO

Prezident İlham Əliyev "Bakı 2015"də qalib gələn Pərviz Bağırova qızıl medalı təqdim edib - FOTO Bu uğura azərbaycanlı boksçu Pərviz Bağırov imza atıb
Avropa Oyunları
27 İyun , 2015 20:03
Prezident İlham Əliyev Bakı 2015də qalib gələn Pərviz Bağırova qızıl medalı təqdim edib - FOTO

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında 69 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısı "Bakı 2015"də qalib gələn Pərviz Bağırova qızıl medalı təqdim edib.

Daha sonra qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

*** 19:27

Azərbaycan "Bakı 2015” I Avropa Oyunlarında 20-ci qızıl medalını qazanıb. "Report"un məlumatına görə, boks yarışlarında 69 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Pərviz Bağırov rusiyalı Aleksandr Besputini 3:0 hesabı ilə məğlub edərək I Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medalları Ukrayna idmançısı Yaroslav Samofalov və britaniyalı Yoş Kelli qazanıblar.

P.Bağırov birinci Avropa Oyunlarında qələbəyə gedən yolda bütün rəqiblərini 3:0 hesabı ilə məğlub edib. O, müvafiq olaraq Vasili Belousu (Moldova), Abas Baraounu (Almaniya) və Yoş Kellini (Böyük Britaniya) mübarizədən kənarlaşdırıb.

FOTOLAR: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi