Azərbaycan "Bakı 2015"də daha bir qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycan "Bakı 2015"də daha bir qızıl medal qazanıb - YENİLƏNİB Güləşçimiz Anjela Doroqan finalda polşalı rəqibini məğlub edib
Avropa Oyunları
16 İyun , 2015 19:41
Azərbaycan Bakı 2015də daha bir qızıl medal qazanıb - YENİLƏNİB

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb. "Report"un məlumatına görə, qadınlar arasında 58 kq çəkidə gedən mübarizədə güləşçi Anjela Doroqan polşalı Roksana Zasinanı məğlub edib.

Görüş Azərbaycan pəhləvanının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bundan sonra, 58 kq çəkidə çıxış edən İrina Netreba isə bürünc medal uğrunda görüşdə norveçli Qreys Bullenlə üz-üzə gəlib. Görüş norveçli idmançının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

*** 12:04

"Bakı 2015" I Avropa Oyunlarında güləşən 53 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Anjela Doroqan finala yüksəlib. "Report"un məlumatına görə, o, yarımfinalda moldovalı Nataliya Budunu məğlub edib.

Görüş 7:2 hesabı ilə başa çatıb.

58 kq-da mübarizə aparan İrina Netreba isə qızıl medala gedən yolda uduzub. O, macarıstanlı idmançı Emese Barka ilə görüşdən 2:5 hesablı məğlubiyyətlə ayrılıb. İ.Netreba bürünc medal uğrunda yarışda türkiyəli Elif Jale Yeşilırmakla döşək üzərinə çıxacaq.

75 kq çəkidə mübarizə aparan Gözəl Zutova da məğlubiyyətlə üzləşib. O, ukraynalı Oksana Vaşçukaya uduzub - 2:4.

*** 11:26

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Anjela Doroqan "Bakı 2015" I Avropa Oyunlarının 1/4 final mərhələsinə vəsiqə qazanıb. "Report"un məlumatına görə, 53 kq çəkidə mübarizə aparan qadın pəhləvan türkiyəli Merve Kengeri məğlub edib.

O, 8:2 hesablı qələbəyə sevinib. Doroqanın 1/4 finaldakı rəqibi macarıstanlı Denes Mercedesz olacaq. Görüşə saat 11:17-də start veriləcək.

*** 10:46

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında 63 kq çəkidə təmsil edən qadın güləşçi Elmira Qəmbərova ilk görüşdə məğlub olub. "Report"un məlumatına görə, o, isveçli Henna Cohanssanla görüşüb.

Yarışın sonunda isveçli qadın pəhləvan 4:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi