Azərbaycanın birinci xanımı "Bakı 2015"in medalçılarını mükafatlandırıb

Azərbaycanın birinci xanımı "Bakı 2015"in medalçılarını mükafatlandırıb 21 yaşlı idmançının aktivində artıq 2 medal var
Avropa Oyunları
20 İyun , 2015 18:00
Azərbaycanın birinci xanımı Bakı 2015in medalçılarını mükafatlandırıb

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko halqalarla yarışa da qatılıb. "Report"un məlumatına görə, 21 yaşlı idmançının çıxışı 14,466 balla qiymətləndirilib.

Bu nəticə ilə O.Stepko 4-cü yeri tutub. Yunanıstanlı Elefterios Pietrunias 15,633 balla qızıl, rusiyalı Nikita İqnatyev 15,333 balla gümüş, türkiyəli İbrahim Çolak isə 15,133 balla bürünc medal qazanıb.  

*** 17:24 

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko daha bir medal qazanıb. "Report"un məlumatına görə, 21 yaşlı idmançı gimnastika atı ilə gümüş medala sahib olub. 

O, final mərhələsindəki 5 rəqibi ilə mübarizədə hakimlərdən 14,600 bal alıb. O.Stepko qızıl medala yiyələnən sloveniyalı Saso Bertonseldən 0,366 xal geri qalıb. Bürünc medalı isə böyük britaniyalı Brinn Bevan qazanıb. B.Bevan 14,200 xal toplayıb. 

Onlara medalları Azərbaycan Gimnastika Federasiyasının prezidenti və ölkənin birinci xanımı Mehriban Əliyeva təqdim edib. 

*** 16:11

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko bu gün idman gimnastikası üzrə daha 4 medal uğrunda mübarizə aparacaq. "Report"un məlumatına görə, 21 yaşlı idmançı əvvəlcə gimnastika atında məharətini göstərəcək.

Saat 16:30-da başlanacaq final mərhələsində onun rəqibləri Slavomir Miçnak (Slovakiya), Oleq Vernyayev (Ukrayna), David Belyavski (Rusiya), Brinn Bevan (Böyük Britaniya) və Saso Bartonsel (Sloveniya) olacaq.

Saat 17:24-də O.Stepko halqalarla hərəkət üzrə final mərhələsində çıxış edəcək. Rəqiblər Nikita İqnatyev (Rusiya), İqor Radivilov (Ukrayna), İbrahim Çolak (Türkiyə), Gilom Auqulyaro (Fransa) və Elefterios Petrunias (Yunanıstan) olacaq.

Saat 17:51-də başlanacaq dayaqla tullanma yarışının final mərhələsində rəqiblər Kazimir Şmidt (Hollandiya), Ferhat Arıcan (Türkiyə), Kristian Bataqa (Rumıniya), Tomi Tuuha (Finlandiya) və Oleq Vernyayev (Ukrayna) olacaq.

Saat 18:52-də paralel qollarda final mərhələsi başlanacaq. O.Stepko bu dəfə Aksel Oqis (Fransa), Ferhat Arıcan (Türkiyə), Oleq Vernyayev (Ukrayna), Mariuş Berbekar (Rumıniya) və David Belyavski (Rusiya) ilə yarışacaq.

Qeyd edək ki, Oleq Stepko "Bakı 2015"də fərdi çoxnövçülükdə gümüş, komanda yarışında isə bürünc medal qazanıb. 

FOTO: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi