Azərbaycanın növbəti qızıl medalçısına mükafatı Mehriban Əliyeva təqdim edib

Azərbaycanın növbəti qızıl medalçısına mükafatı Mehriban Əliyeva təqdim edib Komandamızın aktivinə növbəti qızıl medalı karateçi Rafael Ağayev qazandırıb
Avropa Oyunları
13 İyun , 2015 19:23
Azərbaycanın növbəti qızıl medalçısına mükafatı Mehriban Əliyeva təqdim edib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında növbəti qızıl medalını qazanıb. "Report"un məlumatına görə, kişilər arasında kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev komandamızın aktivinə növbəti qızıl medalı qazandırıb. Azərbaycan karateçisi finalda italiyalı Luigi Busanı 1:0 hesabı ilə qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı 2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva karateçimizin uğurlu çıxışını izləyib. Məhz Azərbaycana "Bakı 2015" I Avropa Oyunlarında növbəti qızıl medalı qazandıran Rafael Ağayevə mükafatı ölkənin birinci xanımı təqdim edib.

Son xəbərlər

Orphus sistemi