Azərbaycan "Bakı 2015"də güləş növündə ilk qızıl medalını qazanıb

Azərbaycan "Bakı 2015"də güləş növündə ilk qızıl medalını qazanıb Komandamızın aktivinə qızıl medalı yunan-Roma güləşçisi Rəsul Çunayev qazandırıb
Avropa Oyunları
13 İyun , 2015 20:20
Azərbaycan Bakı 2015də güləş növündə ilk qızıl medalını qazanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında güləş növündə ilk qızıl medala sahib olub. "Report"un məlumatına görə, həmin medalı yunan-Roma güləşçisi Rəsul Çunayev qazanıb. Çunayev finalda macarıstanlı Balint Korpasiyə qalib gəlib - 4:2.

Qeyd edək ki, bundan öncə Azərbaycanın daha bir güləşçisi Elman Muxtarov bürünc medala layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı 2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da güləşçimizin uğurlu çıxışını izləyib. Məhz mükafatlandırma mərasimində də medalları və xatirə hədiyyələrini Prezident İlham Əliyev və Dünya Güləş Birliyinin prezidenti Nenad Lalovic təqdim edib. 

Son xəbərlər

Orphus sistemi