Azərbaycanın 6 boksçusu "Bakı 2015"in finalına vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın 6 boksçusu "Bakı 2015"in finalına vəsiqə qazanıb - YENİLƏNİB Son finalçı Abdulkadir Abdullayev olub
Avropa Oyunları
26 İyun , 2015 14:43
Azərbaycanın 6 boksçusu Bakı 2015in finalına vəsiqə qazanıb - YENİLƏNİB

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanın daha bir boksçusu "Bakı 2015" I Avropa Oyunlarında finala yüksəlib. "Report"un məlumatına görə, bu, 91 kq çəki dərəcəsində çıxış edən Abdulkadir Abdullayevdir. 

27 yaşlı idmançı yarımfinalda rusiyalı Sadam Maqomedova qalib gəlib - 2:1. Onun finaldakı rəqibi Gevorq Manukyan (Ukrayna) olacaq.  

Qeyd edək ki, bu gün rinqə çıxan boksçulardan Yana Alekseyevna (60 kq) bürünc medal qazanıb, Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Xaybula Musalov (75 kq) finala yüksəlib. Ötən gün isə Elvin Məmişzadə (52 kq) və Kollazo Sotomayor (64 kq) finala yüksəlib. 

*** 14:22

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçu Xaybula Musalov da finala yüksəlib. "Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı yarımfinalda Zoltan Harksanı məğlub edib - 2:1.

Onun finaldakı rəqibi irlandiyalı Maykl O Reilli olacaq.

Qeyd edək ki, bu gün rinqə çıxan boksçulardan Yana Alekseyevna (60 kq) bürünc medal qazanıb, Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) isə finala yüksəlib.

*** 14:09

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçu Pərviz Bağırov finala yüksəlib. "Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı yarımfinalda böyük britaniyalı Coş Kellini məğlub edib - 3:0.

Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq. 

Qeyd edək ki, bu gün rinqə çıxan boksçulardan Yana Alekseyevna (60 kq) bürünc medal qazanıb, Albert Səlimov (60 kq) isə finala yüksəlib.

*** 13:24

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçu Albert Səlimov finala yüksəlib. "Report"un məlumatına görə, 29 yaşlı idmançı yarımfinalda irlandiyalı Şon Makkombu məğlub edib - 3:0. 

Onun finaldakı rəqibi fransalı Sofian Umiha  olacaq. 

*** 13:12

Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında daha bir medal qazanıb. "Report"un məlumatına görə, qadınlar arasında 60 kq çəki dərəcəsində çıxış edən boksçu Yana Alekseyevna bürünc medala sahib olub.

O, yarımfinalda irlandiyalı Keti Teylora uduzub. Görüşün sonunda hesab 2:2 olsa da, hakimlər irlandiyalını daha güclü hesab ediblər.

Son xəbərlər

Orphus sistemi