​Azərbaycan avarçəkənləri medal uğrunda yarışa çıxır

​Azərbaycan avarçəkənləri medal uğrunda yarışa çıxır 5 medal dəstinin sahibləri müəyyənləşəcək
Avropa Oyunları
15 İyun , 2015 09:24
​Azərbaycan avarçəkənləri medal uğrunda yarışa çıxır

Bakı. 15 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında avarçəkmə yarışları davam edir. "Report"un məlumatına görə, bu gün kayak və kanoe üzrə 5 medal dəstinin sahibləri müəyyənləşəcək.

Kişilər arasında 1000 metr məsafəyə təkbətək kayak, 1000 metr məsafəyə kayak cütlük, 1000 metr məsafəyə təkbətək kanoe, 1000 metr məsafəyə kanoe cütlük, qadınlarda isə 500 metr məsafəyə kayak dördlük növlərində medallar təqdim olunacaq. Azərbaycan bu günə olan medal yarışlarında yalnız 1000 metr məsafəyə kanoe cütlük yarışında təmsil olunacaq. Burada Sergey Bezuqlı və Aleksey Kupin mübarizə aparacaq.

Cütlükdən əlavə, kişilər arasında 200 metr məsafəyə təkbətək kayakda Mirnazim Cavadov, 200 metr məsafəyə təkbətək kanoedə Valentin Demyanenko, qadınlar arasında 200 metr məsafəyə təkbətək kayakda İnna Osipenko-Rodomska iştirak edəcək.

Yarışlara saat 10:00-da start veriləcək.

Son xəbərlər

Orphus sistemi