Azad Rəhimov: "Özümü nazir yox, xalqın nümayəndəsi kimi hiss edirəm"

Azad Rəhimov: "Özümü nazir yox, xalqın nümayəndəsi kimi hiss edirəm" "Mən də hamı ilə birgə sevinirəm"
Avropa Oyunları
14 İyun , 2015 18:04
Azad Rəhimov: Özümü nazir yox, xalqın nümayəndəsi kimi hiss edirəm

Bakı. 14 iyun. REPORT.AZ/ "İdmançıların nailiyyətlərini gördükdə özümü nazir yox, xalqın nümayəndəsi kimi hiss edirəm". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirən nazir sevincinin həddi-hüdudunun olmadığını bildirib: "Mən də hamı ilə birgə sevinirəm. O anlar sözsüz ki, unudulmazdır".

Azərbaycanın qalan idmançılarının çıxışları barədə proqnoz vermək istəməyən A.Rəhimov "Medalların sayı dünya və Avropa çempionatları ilə müqayisədə daha çox olmalıdır" deyib.

Qeyd edək ki, Azərbaycan idmançıları I Avropa Oyunlarının ikinci yarış günündə 7 medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi