​Avropa Oyunları Mərkəzi və Cənubi Amerikada da yayımlanacaq

​Avropa Oyunları Mərkəzi və Cənubi Amerikada da yayımlanacaq "America Movil" şirkəti yayım hüququnu əldə edib
Avropa Oyunları
16 May , 2015 13:06
​Avropa Oyunları Mərkəzi və Cənubi Amerikada da yayımlanacaq

Bakı. 16 may. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları Mərkəzi və Cənubi Amerikada da yayımlanacaq. "Report"un məlumatına görə, yayımla bağlı "America Movil" şirkəti ilə müqavilə imzalanıb.

2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün də yayım hüququ əldə etmiş yayım şirkəti Avropa Oyunlarını filialı vasitəsilə Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Quatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla Latın Amerikası boyunca bütün media platformalarında yayımlayacaq.

Yeni yayım sazişi haqda fikirlərini bildirən "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq məqsədin Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşmək olduğunu deyib. O bildirib ki, Avropa Oyunları idmanın son 50 illik tarixinə düşəcək ən mühüm tədbirdir.

Son xəbərlər

Orphus sistemi