Praqada Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib

Praqada Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib Tədbir zamanı Bakı Avropa Oyunlarına həsr edilmiş videoklip nümayiş etdirilib
Avropa Oyunları
25 May , 2015 15:14
Praqada Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın Çexiyadakı səfirliyində Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib. Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev tədbir iştirakçıları qarşısında çıxış edərək, birinci Avropa Oyunları haqqında məlumat verib və bu idman tədbirinin önəmindən danışıb.

Çexiya Olimpiya Komitəsinin (ÇOK) baş katibi Petr Qraçlikin adından çıxış edən ÇOK-un mətbuat katibi Aleksandr Kliment çex idmançıların Bakı Avropa Oyunlarına hazırlıqları haqqında danışıb və Azərbaycanda keçiriləcək Avropa Oyunlarına çex idmançıların güclü tərkibdə qatılacağını vurğulayıb.

Tədbirdə Çexiya dövlət qurumlarının rəsmiləri, parlament üzvləri, Praqadakı diplomatik korpusun və kütləvi informsiya vasitələrinin təmsilçiləri, habelə Azərbaycan icmasının və yerli icitimaiyyətin nümayəndələri iştirak edib.

Tədbir zamanı Bakı Avropa Oyunlarına həsr edilmiş videoklip nümayiş etdirilib, habelə qonaqların diqqətinə Avropa Oyunları ilə bağlı təbliğat materialları təqdim edilib.

Son xəbərlər

Orphus sistemi