I Avropa Oyunlarında iştirak edəcək Bolqarıstanın boks yığması Bakıya gəlib

I Avropa Oyunlarında iştirak edəcək Bolqarıstanın boks yığması Bakıya gəlib Komandanın heyətində 9 idmançı yer alıb
Avropa Oyunları
3 İyun , 2015 10:01
I Avropa Oyunlarında iştirak edəcək Bolqarıstanın boks yığması Bakıya gəlib

Bakı. 3 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında iştirak edəcək boks üzrə Bolqarıstan milli komandası artıq Bakıya gəlib. Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, şərqi avropalılar məşqçilər Palmi Rançev və Mixail Tankovun rəhbərliyi altında 9 boksçu ilə məşq keçirlər. 

Onlardan Radoslav Panteleyev apreldə Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirində qızıl medal qazanıb. Tinko Banabakov da “Böyük İpək Yolu” turnirində mükafatçılar sırasına daxil olub. O, yalnız finalda rusiyalı Bator Saqaluyevə uduzaraq, gümüş medalla kifayətlənib. Əvəzində Banabakov həmin vaxt Azərbaycan millisinin üzvü Salman Əlizadədən üstün olub. 69 kq çəki dərəcəsində çıxış edən Simeon Çamov da komandanın təcrübəli üzvlərindəndir. O, hələ 2009-cu ildə İtaliyanın Milan şəhərində keçirilmiş dünya çempionatında iştirak edib. 

Bolqarıstan yığmasının heyəti:

49 kq. Tinko Banabakov
52 kq. Daniel Asenov
56 kq. Stefan İvanov
60 kq. Elian Dimitrov
64 kq. Ayrin İsmetov
69 kq. Simeon Çamov
81 kq. Radoslav Pantaleyev
91 kq. Kristiyan Dimitrov
+91 kq. Petr Belberov

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışları 16 - 27 iyunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi