Saymon Kleq: "Avropa ölkələrinin əsas televiziya kanallarında yarışlar geniş şəkildə işıqlandırılır"

Saymon Kleq: "Avropa ölkələrinin əsas televiziya kanallarında yarışlar geniş şəkildə işıqlandırılır" Əvvəlcədən nəzərdə tutulan yayım artıq həyata keçirilib
Avropa Oyunları
15 İyun , 2015 11:46
Saymon Kleq: Avropa ölkələrinin əsas televiziya kanallarında yarışlar geniş şəkildə işıqlandırılır

Bakı. 15 iyun. REPORT.AZ/ Oyunların Avropada yayımlanması səviyyəsindən razıyıq. Bunu I Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Report”un suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, əvvəlcədən nəzərdə tutulan yayım artıq həyata keçirilib: "Düzdür, bəzi televiziya kanallarının qərəzli informasiyalarına da rast gəldik. Təbii ki, bu onların daxili işidir. Biz həmin televiziya kanallarının daxili işlərinə qarışa bilmərik. Bu oyunlar Avropa üçün ilkdir və Avropada 50-dən artıq dövlət var. Demək olar ki, bu dövlətlərin əsas televiziya kanallarında yarışlar geniş şəkildə işıqlandırılıb".

S.Kleq qeyd edib ki, üç günün məlumatına görə, 24 qalib bəlli olub: "Yeniliklərdən biri də odur ki, 140 idmançı müsahibə vermək imkanı əldə edib. Növbəti günlərdə böyük sayda yarışlar keçiriləcək. Qeyd etməliyəm ki, Azərbaycan medal sayına görə bu siyahıda birinci yeri tutur. İki idman növü üzrə yarışlar artıq başa çatıb".

BEGOC baş direktorunun sözlərinə görə, dünən bağlanış mərasimi üçün 15 min bilet satılıb: "Oyunlar üçün nəzərdə tutulan biletlərin artıq 75 faizi satılıb. Dünən 23 min 750 tamaşaçı yarışları izləyib. Ümumilikdə 420 min bilet satılıb. Bu gün 7 məkanda keçiriləcək yarışlarda 30 min tamaşaçı gözləyirik”.

Son xəbərlər

Orphus sistemi