Avropa Olimpiya Komitəsinin rəhbəri Ermənistan idmançılarını Azərbaycana gəlmək üçün razı salmağa çalışacaq

Avropa Olimpiya Komitəsinin rəhbəri Ermənistan idmançılarını Azərbaycana gəlmək üçün razı salmağa çalışacaq "Biz istəyirik ki, AOK-un bütün 49 üzv-ölkələri Birinci Olimpiya oyunlarında iştirak etsin"
Avropa Oyunları
15 Avqust , 2014 10:01
Avropa Olimpiya Komitəsinin rəhbəri Ermənistan idmançılarını Azərbaycana gəlmək üçün razı salmağa çalışacaq
Bakı. 15 avqust. REPORT.AZ/ Avropa Olimpiya Komitəsinin (AOK) rəhbəri Patrik Xiki oktyabr ayının ortalarında Ermənistana səfər edəcək. 

Report-un Insidethegames portalına istinadən verdiyi xəbərə görə, onun səfərinin məqsədi Ermənistanı 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarında iştirak etməyə razı salmaqdır. 

Qarşıdakı səfər haqqında danışan P.Xiki bildirib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu yaxınlardakı gərginliyə baxmayaraq, o, səfərinin uğurla başa çatacağından əmindir: "Vizit çərçivəsində Ermənistan Milli Olimpiya Komitəsinin rəhbəri Qaqik Tsarukyan ilə görüş keçirləcək. Biz istəyirik ki, AOK-un üzvü olan 49 ölkənin hamısı Birinci Olimpiya oyunlarında iştirak etsin. Mən tamamilə əminəm ki, biz bütün ölkələrin iştirakına nail olacağıq".

Son xəbərlər

Orphus sistemi