AOK prezidenti: "Azərbaycan "Bakı-2015" oyunlarında erməni nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir"

AOK prezidenti: "Azərbaycan "Bakı-2015" oyunlarında erməni nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir" "Ermənistan nümayəndə heyəti iştirak etmək qərarına gəlsə, Bakıda erməni idmançılarına təhlükəsizlik zəmanəti veriləcək"
Avropa Oyunları
10 Oktyabr , 2014 10:29
AOK prezidenti: Azərbaycan Bakı-2015 oyunlarında erməni nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir
Bakı. 10 oktyabr. REPORT.AZ/ "Avropa Olimpiya Komitəsi (AOK) və Azərbaycan 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Olimpiya oyunlarında erməni nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir". "Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu AOK prezidenti Patrik Xikki Yerevanda mətbuat konfransında bildirib.

"Biz müvafiq zəmanətlər veririk. Əgər Ermənistan nümayəndə heyəti iştirak etmək qərarına gəlsə, Bakıda erməni idmançılarına hörmətlə yanaşılacaq və təhlükəsizlik zəmanəti veriləcək. Avropa Oyunlarında iştirakdan imtina etdikləri təqdirdə Ermənistana heç bir sanksiya tətbiq olunmayacaq, eləcə də erməni idmançılarına qarşı gələcək çempionatlarda iştirak üçün heç bir maneə törədilməyəcək" - deyə, P.Xikki bildirib. 

Son xəbərlər

Orphus sistemi