Almaniyanın ictimai nəqliyyatında ilk Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilir

Almaniyanın ictimai nəqliyyatında ilk Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilir Videoçarx 117 nəqliyyat vasitəsində quraşdırılmış monitorlarda göstərilir
Avropa Oyunları
12 İyun , 2015 16:51
Almaniyanın ictimai nəqliyyatında ilk Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilir

Bakı. 12 iyun. REPORT.AZ/ Almaniyanın ictimai nəqliyyatında "Bakı 2015" Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilir. "Report"un xəbərinə görə, bu gündən etibarən Almaniyanın Drezden şəhərinin ictimai nəqliyyatında "Bakı 2015" I Avropa Oyunlarının açılışı ilə əlaqədar olaraq beynəlxalq idman yarışına həsr olunmuş videoçarxın nümayişinə başlanılıb.

Drezden Alm.Az Cəmiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində videoçarx şəhərdaxili və şəhərətrafı istiqamətdə çalışan bütün növ sərnişin nəqliyyatında (ümumilikdə 117 nəqliyyat vasitəsində) quraşdırılmış monitorlarda göstərilir.

Qeyd edək ki, 30 saniyəlik videoçarxda Azərbaycanın bayrağı, Bakının simvolu olan Qız qalası, həmçinin paytaxtın görməli yerlərinin fotoları və Avropa Oyunları haqqında qısa məlumat öz əksini tapıb. Videoçarx 3 gün ərzində 15 dəqiqə fasilə ilə Drezden sakinlərinə və şəhərə gələn qonaqlara təqdim olunacaq. Bü müddət ərzində I Avropa Oyunlarına həsr olunmuş videoçarxı 550 min sərnişinin izləyəcəyi gözlənilir.

Bundan başqa, Drezden Alm.Az Cəmiyyəti şəhərin mərkəzində yerli ictimaiyyətin və digər xaqların təmsilçilərinin iştirakı ilə "Bakı 2015" I Avropa Oyunlarına həsr olunan daha bir tədbir keçirəcək.

Son xəbərlər

Orphus sistemi