Ağacan Abiyev: "Azərbaycanın 2 boksçusu qızıl qazansa, bu, böyük uğur olacaq"

Ağacan Abiyev: "Azərbaycanın 2 boksçusu qızıl qazansa, bu, böyük uğur olacaq" "Azərbaycan dünyanın olimpiya mərkəzinə çevrilir"
Avropa Oyunları
23 İyun , 2015 16:17
Ağacan Abiyev: Azərbaycanın 2 boksçusu qızıl qazansa, bu, böyük uğur olacaq

Bakı. 23 iyun. REPORT.AZ/ "Azərbaycanın 8-ə yaxın boksçusu finala çıxmaq üçün mübarizə aparacaq. Əgər 4 finalçımızdan da 2-si qızıl medal qazansa, hesab edirəm ki, bu, böyük uğur olacaq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev Azərbaycan boksçularının "Bakı 2015" I Avropa Oyunlarında şanslarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan boksçuları son illərdə beynəlxalq yarışlarda əldə etdikləri nəticələri "Bakı 2015"də də təkrarlayacaqlar.

I Avropa Oyunlarının təşkili ilə bağlı da fikirlərini bölüşən A.Abiyev bildirib ki, bu, əsl qeyri-adi hadisədir: "İdman qurğularına, idman infrastrukturumuzun inkişafına həqiqətən heyran olursan. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib ki, Azərbaycan Avropanın olimpiya mərkəzinə çevrilir. Əslində, Azərbaycan dünyanın olimpiya mərkəzinə çevrilir".

A.Abiyev əlavə edib ki, Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə, öz mədəniyyətini dünyaya çatdırmağa qadir olduğunu göstərdi.

Son xəbərlər

Orphus sistemi