ABŞ səfiri Atletlər Kəndində olub

ABŞ səfiri Atletlər Kəndində olub "Rəqiblərin bir-birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir"
Avropa Oyunları
24 İyun , 2015 17:44
ABŞ səfiri Atletlər Kəndində olub

Bakı. 24 iyun. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən ilk Avropa Oyunları çərçivəsində Atletlər Kəndini ziyarət edib.

"Report" ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, o, ziyarət zamanı "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

Səfir görüşlərdə Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanların bir araya gətirilməsində oynadığı roldan danışıb. R.Sekuta qeyd edib ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin bir-birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir: "Biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə
tətbiq edə bilərik".

O, idmançıları göstərdikləri çıxışları münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi