Prezident İlham Əliyev "Bakı 2015"də qalib gələn Abdulqadir Abdullayevə qızıl medalı təqdim edib - FOTO

Prezident İlham Əliyev "Bakı 2015"də qalib gələn Abdulqadir Abdullayevə qızıl medalı təqdim edib - FOTO Qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb
Avropa Oyunları
27 İyun , 2015 20:29
Prezident İlham Əliyev Bakı 2015də qalib gələn Abdulqadir Abdullayevə qızıl medalı təqdim edib - FOTO

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında 91 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısı "Bakı 2015"də qalib gələn Abdulqadir Abdullayevə qızıl medalı təqdim edib.

Daha sonra qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

*** 19:42

Azərbaycan "Bakı 2015” I Avropa Oyunlarında 21-ci qızıl medalını qazanıb. "Report"un məlumatına görə, boks yarışlarında 91 kiloqram çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev qalib elan olunub. Buna səbəb Ukraynanı təmsil edən boksçu Gevorq Manukyanın zədələndiyi üçün finalda iştirak edə bilməyəcəyidir. Belə olan halda qızıl medal birbaşa olaraq Azərbaycan idmançısının aktivinə yazılıb. Bu çəki dərəcəsində bürünc medalları rusiyalı Sadam Maqomedov və xorvatiyalı Yosip Bepo Filip əldə ediblər.

FOTOLAR: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi