​UEFA şərti olaraq Rusiya yığmasını Avro-2016-nın sonuna qədər diskvalifikasiya edib

​UEFA şərti olaraq Rusiya yığmasını Avro-2016-nın sonuna qədər diskvalifikasiya edib UEFA Rusiya futbol klubunu 150 min avro məbləğində cərimələyib
Futbol
14 İyun , 2016 15:02
​UEFA şərti olaraq Rusiya yığmasını Avro-2016-nın sonuna qədər diskvalifikasiya edib

Bakı. 14 iyun. REPORT.AZ/ UEFA Rusiya Futbol İttifaqını (RFİ) cəzalandırıb.

"Report"un məlumatına görə, RFİ 150 min avro cərimələnib.

Bundan başqa, Rusiya yığması Avropa çempionatının sonunadək şərti diskvalifikasiyaya məruz qalıb. 

"Rusiya yığması turnirin sonuna qədər diskvalifikasiya olunub. Bu cür iğtişaşlar təkrarlanarsa, komanda Avropa çempionatından xaric ediləcək",- UEFA mətbuat xidməti bildirib.

Qeyd edək ki, Rusiya və İngiltərə yığmalarının oyunundan əvvəl iki komanda azarkeşləri arasında dava düşüb. Hazırda rusiyalı fanatlar Fransadan ölkələrinə deportasiya olunurlar. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi