​Ronaldu jurnalistin mikrofonunu çaya atıb - VİDEO

​Ronaldu jurnalistin mikrofonunu çaya atıb - VİDEO Messi ilə bağlı sual futbolçunu əsəbləşdirib
Futbol
22 İyun , 2016 15:01
​Ronaldu jurnalistin mikrofonunu çaya atıb - VİDEO

Bakı. 22 iyun. REPORT.AZ/ Portuqaliya yığmasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu televiziya müxbirinin mikrofonunu suya atıb. "Report"un məlumatına görə, hadisə bu gün Macarıstanla Avropa çempionatının oyunu öncəsi gəzinti zamanı baş verib.

KİV nümayəndələrinə futbolçulara yaxınlaşmaq qadağan edilsə də, "Correio da Mania" nəşrinin əməkdaşı Ronalduya yaxınlaşaraq Lionel Messinin Argentina yığmasının heyətində Amerika Kubokunda bu gecə ABŞ-a vurduğu qolu izləyib-izləmədəyini soruşub. Bu isə futbolçunun qəzəbi ilə qarşılanıb.

Nəticədə 31 yaşlı hücumçu mikrofonu jurnalistin əlindən alaraq yaxınlıqdakı gölə atıb.

Son xəbərlər

Orphus sistemi