Marsel məhkəməsi 3 rusiyalı azarkeşə həbs cəzası verib

Marsel məhkəməsi 3 rusiyalı azarkeşə həbs cəzası verib Onların 2 il müddətinə Fransaya daxil olmaları da yasaqlanıb
Futbol
16 İyun , 2016 21:00
Marsel məhkəməsi 3 rusiyalı azarkeşə həbs cəzası verib

Bakı. 16 iyun. REPORT.AZ/ Marsel məhkəməsi 3 rusiyalı azarkeşə həbs cəzası verib. 

"Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb onların Fransada keçirilən AVRO-2016-da rus və ingilis azarkeşlər arasındakı insidentlərdə iştirak etmələridir. 

Məlumata görə, məhkəmə rus azarkeşlər barəsində 12, 18 ve 24 ay həbs qərarı çıxarıb. Eyni zamanda, hər üç azarkeşin 2 il müddətinə Fransaya daxil olmaları da yasaqlanıb. 

Qeyd edək ki, iyunun 11-də Fransanın Marsel şəhərində keçirilmiş Rusiya-İngiltərə (1:1) qarşılaşmasından əvvəl hər iki ölkənin azarkeşləri, həmçinin yerli sakinlər arasında qarşıdurma baş verib. Fransa polisi tüstü şaşkası, gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Nəticədə 4 nəfəri ağır olmaqla, 35 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi