​İspaniya millisinin 3 tərəfdarı həbs edilib

​İspaniya millisinin 3 tərəfdarı həbs edilib Buna həmin fanatların neonasist rəmzi olan banner gəzdirmələri səbəb olub
Futbol
18 İyun , 2016 11:52
​İspaniya millisinin 3 tərəfdarı həbs edilib

Bakı. 18 iyun. REPORT.AZ/ İspaniya yığmasının 3 azarkeşi Fransada keçirilən Avropa çempionatının Türkiyə ilə oyunundan əvvəl Nitsa şəhərdə həbs olunub. "Report"un məlumatına görə, buna həmin fanatların neonasist rəmzi olan banner gəzdirmələri səbəb olub.

Daha əvvəl isə stadiona fişəng keçirmək istədikləri üçün İspaniya yığmasının 3 azarkeşinin həbs edildiyi haqda xəbər yayılıb.

Qeyd edək ki, iyunun 17-də Çexiya ilə oyunda Xorvatiya yığmasının tərəfdarları stadiona alovsaçan əşya atdıqları üçün qarşılaşma bir neçə dəqiqəlik dayandırılıb.

Son xəbərlər

Orphus sistemi