Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə İngiltərə yığma komandasının baş məşqçisi Roy Hocson Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İslandiyaya məğlubiyyətdən dərhal sonra istefa verib.
"Report" xəbər verir ki, bu barədə turnirin "Twitter"dəki rəsmi bloqunda məlumat yerləşdirilib.
İngiltərə İslandiyaya 1:2 hesablı məğlubiyyətlə Avropa çempionatını tərk edib. Matç başa çatdıqdan sonra Hocson postundan getdiyini bəyan edib.