Fransa polisi rusiyalı jurnalistləri saxlayıb

Fransa polisi rusiyalı jurnalistləri saxlayıb Onların saxlanılma səbəbi açıqlanmayıb
Futbol
15 İyun , 2016 11:14
Fransa polisi rusiyalı jurnalistləri saxlayıb

Bakı. 15 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının keçirildiyi Fransada yerli polis bir neçə rusiyalı jurnalisti saxlayıb. 

"Report"un məlumatına görə, "Çempionat", TASS, "Sport-Ekspress" və "Matç TV"nin əməkdaşları heç bir səbəb göstərilmədən saxlanıb və akkreditasiyaları müsadirə olunub.

Təqribən 20 dəqiqədən sonra saxlanılan jurnalistlər sərbəst buraxılıb.

Qeyd edək ki, ötən gün Fransanın Lill şəhərində rus və ingilis azarkeşlər arasında daha bir toqquşma yaşanıb.

Son xəbərlər

Orphus sistemi