Fransa DİN Avropa çempionatı başlayandan indiyədək saxlanılanların sayını açıqlayıb

Fransa DİN Avropa çempionatı başlayandan indiyədək saxlanılanların sayını açıqlayıb 8 nəfər müxtəlif müddətə həbs cəzasına məhkum, 3-ü isə şərti azadlıqdan məhrum edilib
Futbol
16 İyun , 2016 13:53
Fransa DİN Avropa çempionatı başlayandan indiyədək saxlanılanların sayını açıqlayıb

Bakı. 16 iyun. REPORT.AZ/ Avropa çempionatının startından indiyədək 323 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir.

Saxlanılanlardan 196-sı hazırda təcridxanadadır. 8 nəfər müxtəlif müddətə həbs cəzasına məhkum, 3-ü isə şərti azadlıqdan məhrum edilib. Çempionatın startından indiyədək 24 nəfərə deportasiya olunub.

Qeyd edək ki, indiyədək gəlmə və yerli azarkeşlərin iştirakı ilə Fransada bir sıra qarşıdurmalar baş verib. Xüsusən, 11 iyunda keçirilmiş Rusiya - İngiltərə oyunu ətrafında gərginlik yaranıb. Nəticədə UEFA Rusiya Futbol İttifaqını 150 min avro cərimələyib, Rusiya yığmasını isə Avropa çempionatının sonunadək şərti diskvalifikasiya edib.  

Son xəbərlər

Orphus sistemi