​Cüneyt Çakır Türkiyəyə qayıdıb

​Cüneyt Çakır Türkiyəyə qayıdıb Türkiyəli referi AVRO-2016-da təyinat almayacaq
Futbol
28 İyun , 2016 14:43
​Cüneyt Çakır Türkiyəyə qayıdıb

Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyəli referi Cüneyt Çakır Avropa çempionatının qarşıdakı oyunlarında təyinat almayacaq. 

"Report"un "Hürriyət"ə istinadən verdiyi məlumata görə, artıq 40 yaşlı referi vətəninə qayıdıb.

Sonuncu dəfə qitə turnirinin 1/8 final mərhələsində İtaliya-İspaniya (2:0) oyununu idarə edən Çakır yarımfinal oyunlarına əsas namizəd kimi göstərilirdi. Çakırın təyinat almamasının səbəbi kimi İngiltərənin İslandiyaya məğlub olaraq turnirdən kənarda qalması göstərilir. UEFA İngiltərənin turnirdə qalacağı təqdirdə, iki ingilis referidən - Martin Atkinson və Mark Klattenburqdan birini evə göndərəcəkdi. Belə olan halda isə hər iki hakim qitə turnirində idarəçiliyə davam edəcək.

Qeyd edək ki, Cüneyt Çakır Avropa çempionatında 3 oyun idarə edib. Bunların ikisi qrup, biri isə 1/8 final görüşü olub.

Son xəbərlər

Orphus sistemi