Avropa çempionatının yarımfinal mərhələsinin hakimləri açıqlanıb

Avropa çempionatının yarımfinal mərhələsinin hakimləri açıqlanıb Oyunları İsveç və İtaliyadan olan hakimlər briqadası idarə edəcək
Futbol
4 İyul , 2016 13:45
Avropa çempionatının yarımfinal mərhələsinin hakimləri açıqlanıb

Bakı. 4 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsinin təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşmaları İsveç və İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Portuqaliya və Uels arasında baş tutacaq görüşdə Yonas Eriksson iş başında olacaq. Almaniya - Fransa oyununu isə Nikola Ritsoli idarə edəcək.

Avropa çempionatı, yarımfinal mərhələsi

6 iyul

23:00. Portuqaliya-Uels

Baş hakim: Yonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark

Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)

Dördüncü hakim: Şimon Martsinyak

Ehtiyat köməkçi hakim: Pavel Sokolniçki (hər ikisi Polşa)

Lion. Lion stadionu

7 iyul

23:00. Almaniya-Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Damir Skomina

Ehtiyat köməkçi hakim: Yure Praprotnik (hər ikisi Sloveniya)

Marsel. Velodrom stadionu

Son xəbərlər

Orphus sistemi