Bu gün ​Avropa çempionatının sonuncu finalçısı müəyyənləşəcək

Bu gün ​Avropa çempionatının sonuncu finalçısı müəyyənləşəcək Yarımfinalda Almaniya və Fransa yığmaları qarşılaşacaq
Futbol
7 İyul , 2016 10:00
Bu gün ​Avropa çempionatının sonuncu finalçısı müəyyənləşəcək

Bakı. 7 iyul. REPORT.AZ/ Bu gün AVRO-2016-da yarımfinal mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, ikinci finalçı Almaniya ilə Fransa yığmaları arasında keçiriləcək matçda müəyyənləşəcək.

Qitə birinciliyinin yarımfinalında ilk dəfə üzləşəcək bu komandalar rəsmi oyunlarda 12 dəfə rəqib olublar və statistika fransızların xeyrinədir. AVRO-2016-nın meydan sahibi matçların yarısında qalib olub. Dörd oyun almanların qələbəsi ilə, 2 matç isə heç-heçə nəticələnib.

Avropa çempionatı, yarımfinal oyunu

7 iyul

23:00. Almaniya - Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Damir Skomina

Ehtiyat köməkçi hakim: Yure Praprotnik (hər ikisi Sloveniya)

Marsel. Velodrom stadionu

Qeyd edək ki, final oyunu iyulun 10-da keçiriləcək. Portuqaliya yığması Uelsə 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Son xəbərlər

Orphus sistemi