Bakı. 13 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında İspaniya və Çexiya arasında keçirilən oyun zamanı kuryoz hadisə baş verib. "Report"un məlumatına görə, 10-cu dəqiqədə Avropa çempionlarının futbolçusu Alvaro Morata topa özünü çatdırmaq istərkən, polşalı yan xətt hakimi badalaqla yerə sərib.
Bundan sonra o, ayağa duraraq, hakimdən üzr istəmədən, heç nə olmayıbmış uzaqlaşıb.