AVRO-2016: Uels Slovakiya yığmasını məğlub edib - VİDEO

AVRO-2016: Uels Slovakiya yığmasını məğlub edib - VİDEO Oyunda qapılara 3 qol vurulub
Futbol
11 İyun , 2016 21:58
AVRO-2016: Uels Slovakiya yığmasını məğlub edib - VİDEO

Bakı. 11 iyun. REPORT.AZ/ Fransada təşkil olunan futbol üzrə Avropa çempionatı davam edir.

"Report" xəbər verir ki, bu gün "B" qrupunda Uels və Slovakiya yığmaları üz-üzə gəlib.

Oyunda hesabı görüşün 10-cu dəqiqəsində "Real" klubunun ulduz futbolçusu Qaret Beyl cərimə zərbəsindən açıb və Uels yığmasını önə keçirib. Matçın 61-ci dəqiqəsində Slovakiya Ondrej Dudanın qolu ilə hesabda tarazlıq yaradıb. Oyunun 81-ci dəqiqəsində oyuna sonradan çıxan Hal Robson-Kanu yenidən Uelsi hesabda irəli çıxardıb və matçda yekun nəticəni müəyyən edib.

Son xəbərlər

Orphus sistemi