​AVRO-2016: Türkiyə Xorvatiya millisinə 0:1 hesabı ilə məğlub olub- VİDEO - YENİLƏNİB

​AVRO-2016: Türkiyə Xorvatiya millisinə 0:1 hesabı ilə məğlub olub- VİDEO - YENİLƏNİB Oyunu isveçli hakim Conas Eriksson idarə edir
Futbol
12 İyun , 2016 18:54
​AVRO-2016: Türkiyə Xorvatiya millisinə 0:1 hesabı ilə məğlub olub- VİDEO - YENİLƏNİB

Bakı. 12 iyun. REPORT.AZ/ Fransada keçirilən futbol üzrə Avropa çempionatı çərçivəsində "D" qrupunun ilk oyunu başa çatıb. "Report" xəbər verir ki, Türkiyə millisi qrup çərçivəsində Xorvatiyaya 0:1 hesabı ilə məğlub olub. 

***17:44

Fransada keçirilən futbol üzrə Avropa çempionatı çərçivəsində "D" qrupunun ilk oyununa start verilib.

"Report" xəbər verir ki, Türkiyə millisi qrup çərçivəsində Xorvatiya ilə qarşılaşır.

İsveçli baş hakim Conas Erikssonun idarə etdiyi matçın ilk hissəsindən sonra hesab 1:0 xorvatların xeyrinədir. Oyunda hesab 41-ci dəqiqədə açılıb. "Real Madrid"in futbolçusu Luka Modriç baxımlı qola imza atıb.

Hazırda oyunda fasilə yaranıb.

Son xəbərlər

Orphus sistemi