​AVRO-2016: Portuqaliya İslandiyanı yenə bilməyib - VİDEO

​AVRO-2016: Portuqaliya İslandiyanı yenə bilməyib - VİDEO Görüş 1:1 hesabı ilə başa çatıb
Futbol
15 İyun , 2016 00:51
​AVRO-2016: Portuqaliya İslandiyanı yenə bilməyib - VİDEO

Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində ilk dövrəyə yekun vurulub.

"Report" xəbər verir ki, ilk dövrənin son qrup oyununda "F" qrupunda yer alan Portuqaliya və İslandiya qarşılaşıb.

Oyunda hesabı 31-ci dəqiqədə Naninin vurduğu qol ilə Portuqaliya açıb. Lakin 50-ci dəqiqədə Birkir Bjarnason hesabda tarazlıq yaradıb – 1:1.

Matçı türkiyəli hakim Cünet Çakır idarə edib.

Son xəbərlər

Orphus sistemi