​AVRO-2016-nın daha bir yarımfinalçısı müəyyənləşəcək

​AVRO-2016-nın daha bir yarımfinalçısı müəyyənləşəcək 1/4 finalda Almaniya və İtaliya komandaları üz-üzə gələcək
Futbol
2 İyul , 2016 08:00
​AVRO-2016-nın daha bir yarımfinalçısı müəyyənləşəcək

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının daha bir yarımfinalçısı məlum olacaq. "Report"un məlumatına görə, gecənin tək oyununda Almaniya və İtaliya yığmaları üz-üzə gələcək.

Erkən final adlandırılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Almaniya 1/8 finalda Slovakiyanı (3:0), İtaliya isə İspaniyanı (2:0) məğlub edərək yoluna davam edib. Cütün qalibi Fransa - İslaniya oyununun güclüsü ilə qarşılaşacaq.

Avropa Çempionatı, 1/4 final mərhələsi

23:00. Almaniya - İtaliya

Baş hakim: Viktor Kaşşai

Yan xətt hakimləri: Qyorqi Rinq, Ventsel Tot

Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Dördüncü hakim: Şimon Marçinyak

Ehtiyat köməkçi hakim: Pavel Sokolniçki (hər ikisi Polşa)

Hakim-inspektor: Hyu Dallas (Şotlandiya)

UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya)

Son xəbərlər

Orphus sistemi