​Avro-2016-nın altıncı oyun günü üçün hakim təyinatları açıqlanıb

​Avro-2016-nın altıncı oyun günü üçün hakim təyinatları açıqlanıb II turda 3 qarşılaşma baş tutacaq
Futbol
12 İyun , 2016 17:51
​Avro-2016-nın altıncı oyun günü üçün hakim təyinatları açıqlanıb

Bakı. 12 iyun. REPORT.AZ/ Avro-2016-nın altıncı oyun günü üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, mayın 15-də II turun ilk 3 oyunu keçiriləcək.

II turda təşkilatçı Fransa yığması Albaniya millisi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşmanın baş hakimi şotlandiyalı Uilyam Kollumdur. Ona irland Damyen Makqreytlə şotland Frensis Konnor yan xətt, digər həmyerliləri Robert Madden və Con Biton isə əlavə köməkçi-hakim qismində yardımçı olacaqlar.

Dördüncü hakim Maykl Oliverlə ehtiyat köməkçi-hakim Maykl Müllerkey İngiltərəndir. Rusiyalı Nikolay Levnikov hakim-inspektor, lixtenşteynli Roland Albert Ospelt UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Günün ilk oyunlarına təyinatlar isə belədir:

15 iyun

B qrupu

17:00. Rusiya - Slovakiya

Baş hakim: Damir Skomina

Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan

Əlavə köməkçi-hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Yonas Eriksson (İsveç)

Ehtiyat köməkçi-hakim: Matias Klasenius (İsveç)

Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)

UEFA nümayəndəsi: Alen Makri (Şotlandiya)

A qrupu

20:00. Rumıniya - İsveçrə

Baş hakim: Sergey Karasyov

Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin

Əlavə köməkçi-hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Ehtiyat köməkçi-hakim: Vitali Malyutsin (Belarus)

Hakim-inspektor: Herbert Fandel (Almaniya)

UEFA nümayəndəsi: Sten Dahrup (Danimarka)

Son xəbərlər

Orphus sistemi