AVRO-2016: İslandiya İngiltərəni turnirdən kənarlaşdırıb - VİDEO

AVRO-2016: İslandiya İngiltərəni turnirdən kənarlaşdırıb - VİDEO Görüş islandların 2:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
28 İyun , 2016 00:55
AVRO-2016: İslandiya İngiltərəni turnirdən kənarlaşdırıb - VİDEO

Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə İslandiya yığması Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İngiltərəni məğlub edib və ¼ finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Nitsada baş tutan görüş islandların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda ilk qol 4-cü dəqiqədə ingilislərin futbolçusu Ueyn Runi tərəfindən 11 metrlik cərimə zərbəsindən vurub. İki dəqiqə sonra islandlar Raqnar Siqurdssonun qolu ilə hesabda tarazlıq yaradıblar. Matçda qələbə topunu isə 18-ci dəqiqədə Kolbeynn Siqtorsson vurub.

Son xəbərlər

Orphus sistemi