Avropa çempionatında 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşib - VİDEO

Avropa çempionatında 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşib - VİDEO Fransa yığması növbəti mərhələyə vəsiqəni təmin edib
Futbol
16 İyun , 2016 00:56
Avropa çempionatında 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşib - VİDEO

Bakı. 16 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının A qrupunda 3 xalla lider olan Fransa qrup sonuncusu Albaniya ilə qarşılaşıb. 

"Report" xəbər verir ki, oyunun ikinci hissəsi Fransa yığmasının üstünlüyü ilə başa çatıb: - 2:0. Qolları matçın son dəqiqələrində Antuan Qrizman (90 dəqiqədə) və əlavə olunmuş vaxtda (90+5) Dmitri Paye vurub.

Bununla da Fransa yığması  xallarını 6-ya yüksəldərək, 1/8 finala ilk vəsiqəyə yiyələnib. 

Son xəbərlər

Orphus sistemi