​AVRO-2016: Bu gün turnirdə ilk dövrəyə yekun vurulacaq

​AVRO-2016: Bu gün turnirdə ilk dövrəyə yekun vurulacaq Favoritlərdən olan Portuqaliya İslandiya ilə qarşılaşacaq
Futbol
14 İyun , 2016 08:34
​AVRO-2016: Bu gün turnirdə ilk dövrəyə yekun vurulacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində ilk dövrənin oyunlarına yekun vurulacaq.

"Report" xəbər verir ki, son olaraq "F" qrupunun oyunları keçiriləcək.

Belə ki, bu qrupda Avstriya Macarıstanla, turnirin favoritlərindən olan Portuqaliya isə İslandiya ilə qarşılaşacaq.

Oyunlar Bakı vaxtı ilə müvafiq olaraq 20:00 və 23:00-da başlaycaaq.

Avstriya görüşə 4-2-3-1, Macarıstan isə 4-1-4-1 taktiki sxemi ilə çıxacaq. Matçı fransalı hakim Klement Turpin idarə edəcək. Komandaların baş məşqçiləri Marcel Köller və Bernd Storkdur.

Portuqaliya və İslandiya hər ikisi oyuna 4-4-2 sxemi ilə çıxacaq. Oyunu türkiyəli hakim Cünet Çakır idarə edəcək. Komandaların baş məşqçiləri Fernando Santos və Lars Lagerbaekdir.

Son xəbərlər

Orphus sistemi