​AVRO-2016: Bu gün turnirdə daha 3 oyun keçiriləcək

​AVRO-2016: Bu gün turnirdə daha 3 oyun keçiriləcək Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək. "Report"un məlumatına görə, A qrupunda 2, B qrupunda isə...
Futbol
15 İyun , 2016 08:41
​AVRO-2016: Bu gün turnirdə daha 3 oyun keçiriləcək

Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

"Report"un məlumatına görə, "A" qrupunda 2, "B" qrupunda isə bir görüş baş tutacaq.

Günün ilk qarşılaşması "B" qrupunda çıxış edən Rusiya və Slovakiya komandaları arasında keçiriləcək. Qalib komanda Fransada qalma şanslarını saxlamış olacaq. Rusiya bir xalla qrup üçüncüsüdür. Xalsız Slovakiya isə sonuncu pillədə qərarlaşıb. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qrupun iyunun 16-da keçiriləcək digər oyununda isə İngiltərə Uelsi sınağa çəkəcək.

"A" qrupunda 3 xalla lider olan Fransa qrup sonuncusu Albaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ev sahibləri qalib gələcəkləri təqdirdə növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar. Albaniya isə ən azından növbəti mərhələ şansını saxlamaq üçün qələbə qazanmalıdır.

Qrupun digər oyununda isə Rumıniya və İsveçrə komandaları üz-üzə gələcək.

15 iyun

B qrupu

17:00. Rusiya - Slovakiya

Hakimlər: Damir Skomina

Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan

Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Yonas Eriksson (İsveç)

Lill. "Pyer Morya" stadionu.

A qrupu

20:00. Rumıniya - İsveçrə

Hakimlər: Sergey Karaşev

Yan xətt hakimləri: Nikolay Qolubev, Tikon Kaluqin

Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Paris. "Park de Prens"

23:00. Fransa - Albaniya

Hakimlər: Uilyam Kollam (Şotlandiya)

Yan xətt hakimləri: Frensis Konnor (Şotlandiya), Damian Makqreyt (İrlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Maykl Oliver (İngiltərə)

Marsel. "Velodrom" stadionu.

Son xəbərlər

Orphus sistemi