​AVRO-2016: Belçika Macarıstanı 4-0 yenərək ¼ finala çıxıb - VİDEO

​AVRO-2016: Belçika Macarıstanı 4-0 yenərək ¼ finala çıxıb - VİDEO Belçika ¼ finalda Uels millisi ilə qarşılaşacaq
Futbol
27 İyun , 2016 00:55
​AVRO-2016: Belçika Macarıstanı 4-0 yenərək ¼ finala çıxıb - VİDEO

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin son qarşılaşması oynanılıb.

"Report" xəbər verir ki, Tuluzada Belçika və Macarıstan arasında baş tutan görüş birincinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Belçikanın heyətində qolları Tobi Alderveyreld (10-cu dəqiqədə), Mişi Batşuayi (78), Eden Azar (80) və Yannik Ferreyra-Karrasko (90+1) vurub.

Qalib komanda iyulun 1-də keçiriləcək ¼ final oyununda Uels millisi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi